Haqqımızda

Ana Səhifə / Haqqımızda

Dəyərli Müştərilər,

Artıq 10 ildir ki, yüksək keyfiyyətli sağlamlıq və gözəllik məhsullarının aparıcı tədarükçüsü, distributoru və onlayn satıcısı olan FitPlus şirkəti Fitplus.us İnternet mağazası ( online store ) vasitəsi ilə Azərbaycanda da həm kişilər, həm də qadınlar üçün Saç Bərpası və Dəriyə Qulluq Vasitələrinin etibarlı simasına çevrilib. Təklif etdiyimiz xidmət və məhsulun səviyyəsi ilə dünyanın dörd bir tərəfində yüzminlərlə müştərimizi məmnun etmişik və bu səbəbdən Şirkətimiz xidmət, etibar və keyfiyyət səviyyəsinə görə sarsılmaz reputasiya yaradıb.

FitPlus artıq Amerika və Avropada təqdir olunan markaların bu regionda aparıcı gücə malik tərəf müqabili və etibarlı təminatçısıdır. Müştəri məmnuniyyətini hədəf alan Şirkətin marketing strategiyasının əsasını alıcıların yalnız orijinal məhsullarla təmin edilməsi, həmçinin satış zamanı və satışdan sonra ödənişsiz müştəri dəstəyi və digər xidmətlərlə, o cümlədən online xidmətlərlə tam təmin edir. Premium keyfiyyətli sağlamlıq, gözəllik, kosmetika və özünə qulluq məhsullarının tədarükü sahəsində öncül şirkət olan FitPlus saçtökülməsi və dəri ilə əlaqədar narahatçılıqları olan kişi və qadınlara əvəzolunmaz məhsullar təklif edir. Bu sahədə göstərdiyimiz xidmətlərin obyektiv nəticəsi olan müştəri məmnuniyyəti göstərir ki, mümtəriləmizlə FitPlus şirkəti arasında qarşılıqlı inam və etibar yaratmışdır. Bu Saytda yerləşdirilmiş məhsullar sizin saçınızın və dərinizin sağlamlığı bərpa etmək üçün təqdim edilir və ciddi qaydalar altında istehsal olunur.

Mükəmməl Xidmət

Təklif etdiyimiz məhsul və xidmətlərin keyfiyyətininin daim yüksək olmasını təmin etmək üçün bütün prosedurların avtomatlaşdırılmasına Şirkətimizin ayırdığı diqqət və maliyyə resursları ümumi iş prinsipinin keyfiyyətinin əsas göstəricisidir.

Qəbul etmək lazımdır ki, dəyərli müştərilərimizə təklif etdiyimiz digər ödənişsiz xidmətlərlə yanaşı, 24/7 Help Center xüsusilə təqdirə layiqdir. Bildirmək istəyirik ki, müştərilərimiz hər gün, günün istənilən vaxtı bizimlə əlaqə saxlaya və müraciətlərinə dərhəl cavab ala bilərlər.

FitPlus .us sizi sağlam yaşamaq və mümkün olan ən yaxşı istifadəçi təcrübəsinə nail olmaq üçün lazımi vasitələrlə təmin etməyə tam qərarlıdır. Biz sizə ən çağdaş brendlər və məhsullar gətirməyə çalışırıq və veb saytımızın faydalılığığı və funksionallığını daim təkmilləşdiririk.

Ekspress Çatdırma

Minoksidil məhsullarından 5%-lik Basic, 5%-lik Kirkland və 2%-lik eynitərkibli Minoxidil, Foligain, Alcepin və s. bir çox kateqoriyada məhsullarla fərqli seqmentlərə xidmət göstəririk. Sifarişlərin alıcılarına mümkün ən tez zamanda çatdırılmasının təşkil etmək üçün Şirkətimiz dünyanın ən qabaqcıl daşıma şirkətləri ilə əməkdaşlıq edir. Bunun nəticəsində sifarişlərin Azərbaycana Ekspress Çatdırma müddəti 3 iş günə qədər endirilib.

Sifarişinizin tez bir zamanda qablaşdırlmasını və ən yüksək sürət, effektivlik və məxfilik prinsipləri daxilində ünvanınıza çatdırılmasını itəmin etmək üçün MINOXIDIL5 dünyanın fərqli yerlərində anbarları var. Çatdırma və göndərmə haqqında Ətraflı, Göndərmə Şərtləri

100% Məmnuniyyət | Zəmanət

Online mağazamızda təklif edilən məhsulların premium keyfiyyətinə və effektliliyinə Şirkətimiz tərəfindən zəmanət verilir. Bu zəmanət fəaliyyət göstərdiyimiz ölkənin Elektron Ticarət haqqında qanunvericiliyi və Beynəlxalq Qanunla qorunur.

US FDA - Food and Drug Administration

ABŞ Qida və Dərman Adminitrasiyası - qida təhlükəsizliyi, tütün məhsulları, pəhriz əlavələri, reseptlər və reseptsiz təqdim edilən dərmanlar, vaksinlər, biofarmasiya dərmanları, qan köçürmələri, tibbi qurğular, elektromaqnit şüa yayan cihazlar (ERED), kosmetika, heyvan qidaları və yem və baytarlıq məhsullarına nəzarət etmək vasitəsilə ictimai sağlamlığın qorunması və təbliğatı sahəsində səlahiyyətli organdır.

Geri İadə

Təklif edilən məhsul, o cümlədən xidmətlərlərin keyfiyyəti hər hansı bir səbəbdən sizi qane etməzsə, Şirkətimiz tərəfindən təqdim edilən Xidmət Şərtləri, Çatdırma Şərtləri və Geri İadə Şərtlərində sizin hüquqlarınız və bu hüquqlarınızlar bağlı prosedurlar izah olunur. Ətraflı> Geri İadə Şərtləri

Təhlükəsizlik | Məxfilik

İstifadəçilərin Şəxsi Məlumatlarının təhlükəsizliyinin və məxfiliyinin təmin edilməsi mövzusu Beynəlxalq Qurumlar daima diqqət mərkəzindədir. Bu sahədə Avropa Birliyin Qanunlarına daxil olan İstifadəçilərin Şəxsi Məlumatların Ümumi Məlumatların Qorunması Reqlamenti (The EU General Data Protection Regulation, EU GDPR) bu sahədə aparıcı normativ hüquqi akt hesab olunur.

Avropa Birliyinin Ümumi Məlumatların Qorunması Reqlamenti (GDPR), Avropa İttifaqının (AB) və Avropa İqtisadi Bölgəsinin (EEA) bütün fərdi vətəndaşları üçün məlumatların qorunması və məxfiliyinə dair Avropa Birliyinin Qanunlar Sisteminə daxildir.

Bu reqlamentin tələblərinə cavab vermək üçün Saytımızda müvafiq işlər görülmüşdür. Ətraflı> EU GDPR

Bütün məlumatların web server-dən browser-ə cryptographic key-lə şifrələnib, təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün bu Sayt SSL (Secure Sockets Layer) sertifikatla təmin edilmişdir.

Ödəmə Üsulları

Yüksək etimad və mükəmməl təhlükəsizlik standartlarına cavab vermək üçün İnternet mağazamızda ödəmə ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qorunur və şifrələnir. Şirkətimizin elektron ticarət paltformasındakı bütün fəaliyyəti Ödəmə Kartları Sənayesinin Məlumat Təhlükəsizliyi Standartlarına ( PCI - The Payment Card Industry Data Security Standard ) tam uyğundur və ən son PCI standartlarına cavab verir.

Veb saytımızın mütləq təhlükəsizliyi təmin etmək üçün ən mütərəqqi proqramlar vasitəsilə hər gün sınaqdan keçirilir, təsdiqlənir və daima qorunur. Ödəmə prosesinin etibarlı və rahat olması üçün Şirkətimiz Bank köçürmələri, SmartPay, MilliÖN, ASANPay, PayPal, Western Union və Qapıda Nəğd Ödəmə sistemləri təklif edilir.

Dəyərli müştəriləriz, bizim Saytımızda alış-veriş etdiyiniz zaman şəxsi məlumatlarınızın tamamilə təhlükəsiz və məxfi qalacağına qəti əmin ola bilərsiniz. Ətraflı> Təhlükəsizlik və Məxfilik

Həvəsləndirmə

TƏKLİF PAKETİ: dostlarınıza və ya ailənizə təqdimat verin və 20 % mağaza kreditini ayırın! Ətraflı >

REGULAR ÇATDIRILMA: Bütün məhsullardan əlavə 5% endirim alın! Ətraflı>

ÖDƏNİŞSİZ QABLAŞDIRMA VƏ ÇATDIRILMA: Əvvəlcədən müəyyən edilmiş qiymət səviyyəsinə malik məhsulların ödənişsiz çatdırılması.

Sağlamlıq Xəbərləri

Sağlam həyatda sizin tərəfdaşınız olan FitPlus sağlamlıq ilə əlaqədar yeniliklərin də məndəyidir. Blogumuzda həkim trixoloqların və digər mütəxəssislərin sağlamlığa dair məlumatları, məhsul üzrə ekspertlərin rəyləri, satış məhləhətçilərinin ən müasir məhsul təklifləri və ailənizin sağlamlıq ehtiyacları üçün ən məqsədəuyğun vasitələr barədə məlumatlandırmaq məqsədi ilə və s. tibbi və sağlamlıq barədə araşdırmalar təqdim olunur. Ətraflı> BLOGCARE

Xidmətlərimizin səviyyəsini daha da artırmaq və sizə daha keyfiyyətli xidmət təqdim etməyimiz üçün sual, təklif və ya şikayətlərinizi bizə ünvanlamağınızı xahiş edirik.