FAQ

1. Sifariş verilmiş məhsulun göndərmə və çatdırma müddəti nə qədərdir?

Sifariş verdiyiniz məhsullar sifariş verildikdən sonra dərhal göndərilmə üçün hazırlanır. Çatdırılma müddəti Bakı şəhəri üzrə 1.5-3 saat, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə 5-8 saat ərzində, digər rayon və şəhərlər üzrə 24-48 saat nəzərdə tutulut. Fitplus.us saytında məhsulun təsiviri bölməsində hər məhsulun təxmini çatdırılma müddəti qeyd olunub.

2. Geri iadə şərtləriniz necədir?

Sizə göndərilmiş məhsulu geri qaytarmaq və həmin məhsulun qarşılığında ödədiyiniz məbləğin geri iadə edilməsi üçün bizimlə tərəddüt etmədən əlaqə saxlaya bilərsiniz. Bunun üçün sizə göndərilmiş məhsul ilə bağlı qüsurun nə olduğunu bizə söyləyin, həmin qüsur və ya çatışmazlığı təsvir edən şəkil göndərin, sizə ödəsiyiniz məbləği tam olaraq qaytaracağıq. Ətraflı> Geri İadə Şərtləri

3. Sifarişimi ləğv edə bilərəmmi?

Vermiş olduğunuz sifarişi iki halda ləğv etmək mümkündür:

  • Məhsul göndərmək üçün hazırlanıb, sizə çatdırılmaq üçün kuryerə təhvil verilməzdən əvvəl

  • Fitplus.us saytında məhsulun təsiviri bölməsində hər bir məhsul üçün göstərilən müddətdə sizə çatdırılmazsa

4. Mənə yanlış məhsul göndərilibsə, necə dəyişə bilərəm?

Sifarişinizlə bağlı bir problem varsa - səhv ölçülü, səhv rəngli, qüsurlu və ya başqa bir şəkildə istədiyiniz kimi deyilsə - sadəcə bizə məlumat verməyiniz kifayətdir. Dərhal sizin sifariş etdiyiniz məhsulu sizə çatdırılmasını təmin edəcəyik.

5. Mübadilə təklif edirsinizmi?

Fitplus.us saytında təqdim edilmiş məhsulların mübadilə edilməsi təklif olunmur. Lakin, hər hansı bir səbəbdən gözlədiyiniz məhsulu tam olaraq almamısınızsa, bizə bu barədə məlumat verməyiniz kifayətdir, sizə yenisinin göndərilməsini təmin edəcəyik.

6. Məhsulun keyfiyyətinə zəmanət verilirmi?

Fitplus.us saytında yerləşdirilmiş bütün məhsulların keyfiyyətinə 100% zəmanət verilir.