Privacy Policy

PRIVACY POLICY

Məxfilik Siyasəti


İcmal

Bu şəxsi məlumatların təhhlükəsizliyi və məxfiliyi siyasəti (bundan sonra Məxfilik Siyasəti ) www.fitplus.us domenində yerləşən fitplus internet-mağazasından həmçinin həmin mağazanın proqram təminatından, xidmətlərindən istifadə edilən zaman İstifadəçilər haqqında əldə olunan bütün məlumatlara aid olunur. Hazırkı siyasət www.fitplus.us veb səhifəsi (web page, web site, site) və bu Məxfilik Siyasətini qəbul edərək www.fitplus.us veb səhifəsinə daxil olan, səhifəni gözdən keçirən, səhifədən və bu səhifə vasitəsilə təqdim edilən xidmətlərdən istifadə edən, məhsul sifariş verən, satın alan istifadəçi arasında məlumatların əldə olunması və açıqlanmaması qaydadalarını və şərtlərini müəyyən edir. Bu Saytın Cookie Şərtləri barədə ətraflı, Cookie Policy


1 Terminlərin Müəyyən Edilməsi

1.1. Bu Məxfilik Siyasətində aşağıdakı terminlərdən istifadə olunur:

1.1.1. «Şəxsi məlumatlar» - Müəyyən olunan şəxsə (şəxsi məlumatların subyekti) birbaşa və ya dolayı yolla aid olan istənilən məlumat. Hazırki Məxfilik Siyasətində qeyd olunan “Şəxsi Məlumat” dedikdə “Cihaz Məlumatı” və “Sifariş Məlumatı” nəzərdə tutulur.

1.1.2. «Şəxsi məlumatların işlənməsi» - avtomatlaşdırma və ya belə vasitələrdən istifadə etmədən şəxsi məlumatlarla yerinə yetirilən istənilən əməliyyat və ya əməliyyatlar toplusu, həmçinin şəxsi məlumatların toplanması, yazılışı, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənmə, dəyişdirilmə), əldə olunması, istifadəsi, ötürülməsi (yayılması, təqdim olunması, tapılması), simasızlaşdırılması, bloklaşdırılması, silinməsi, ləğv edilməsi.

1.1.3. “Şəxsi məlumatların məxfiliyi” – şəxsi razılıq və ya digər qanuni əsas olmadan subyektin şəxsi məlumatlarının yayılmasına imkan verməməklə Operator və ya digər şəxsi məlumatı əldə edən şəxs üçün mütləqdir.

1.1.4. “Saytının istifadəçisi (bundan sonra – İstifadəçi)” – İnternet vasitəsilə Sayta giriş əldə edən və İnternet mağazanın saytından istifadə edən şəxs.

1.1.5. «Cookies» — İstifadəçi səhifəni açdıqda veb-server tərəfindən göndərilən və istifadəçinin kompyuterində saxlanılan və adətən özündə unikal anonim identifikator ehtiva edən veb-müştərinin və ya veb-brauzerin hər dəfə veb-serverə müvafiq saytın səhifəsini açmaq cəhdi zamanı HTTP-tələbində göndərdiyi verilənlərin kiçik fraqmenti. “Cookies” barədə ətraflı məlumat almaq və ya onların istifadəsini məhdudlaşdırmaq üçün http://www.allaboutcookies.org veb səhifəsində müraciət edin.

1.1.6. «IP-ünvan» — kompyuter şəbəkəsində IP protokolu ilə qurulmuş unikal şəbəkə ünvanı qovşağı.

1.1.7. “Məlumatı qəbul edən tərəf”- bu Məxfilik Siyasətində www.fitplus.us veb səhifəsi qəbul edilir.

1.1.8. “Məlumatı açıqlayan tərəf”- bu Məxfilik Siyasətində İstifadəçi nəzərdə tutulur.

1.1.9. Məlumatı açıqlayan tərəf və Məlumatı qəbul edən tərəf bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlana bilər.

1.1.10. “Cihaz məlumatı” (“Device Information”) – İstifadəçi saytı araşdırarkən baxdığı fərdi veb səhifələri və ya məhsullar, səhifəyə daxil olmaq üçün istinad etdiyi səhifələr və səhifə ilə necə qarşılıqlı əlaqə qurması barədə Avtomatik toplanan məlumatlar. Cihaz məlumatları “Cookies”, “Gündəlik faylar” (“Log Files”), “Veb mayakları” (“Web beacons”) istifadə edilərək əldə edilir.

1.1.11. “Gündəlik faylar” (“Log Files”) - İstifadəçi səhifəyə daxil olarkən səhifədə baş verən əməliyyatları izləyir və İstifadəçinin cihazının IP ünvanı, brauzer növü, İnternet xidməti provayderi, istinad və çıxış səhifələri, tarix və vaxt izləri də daxil olmaqla məlumat əldə edir.

1.1.12. “Veb mayakları” (“Web beacons”), “taqlar” (“tags”) və “piksellər” (“pixels”) İstifdaçi tərəfindən səhifənin necə gözdən keçirildiyini qeyd etməyə imkan verən elektron fayllardır.

1.1.13. “Sifariş məlumatı” – İstifadəçi səhifədə hər hansı xidmət və (və ya) məhsul sifariş yerləşdirəndə, satın alanda İstifadəçinin ad, ödəmə ünvanı, göndərmə ünvanı, ödəniş məlumatı (ödəniş kartı rəqəmləri), email ünvanı və telefon nömrəniz daxil olmaqla əldə olunan müəyyən məlumat.


2 Ümumi Müddəalar

2.1. NƏZƏRƏ ALARAQ Kİ, Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfdən xidmətlərin göstərilməsi çərçivəsində Məxfi Məlumatları əldə etmək arzusundadır və NƏZƏRƏ ALARAQ Kİ, Məlumatı açıqlayan tərəf belə Məlumatları təqdim etmək arzusundadır və Məlumatı qəbul edən tərəf belə Məlumatları qəbul edir, eyni zamanda Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfə belə Məlumatları təqdim edə bilər, Tərəflər bu Məlumatlarla yalnız ciddi məxfilik şərtləri ilə və hazırkı Siyasətə uyğun olaraq davranırlar. BUNUNLA DA, hazırkı Şərtlər üzrə qarşılıqlı anlaşma və razılaşmaları nəzərə alaraq Tərəflər aşağıdakılar üzrə razılığa gəlmiş hesab edilirlər

2.2. İstifadəçinin İnternet-mağaza veb saytından istifadə etməsi bu Təhlükəsizlik və Məxfilik Siyasətini və İstifadəçinin şəxsi məlumatlarının işlənmə şərtlərinin qəbul etməsidir.

2.3. İstifadəçi Məxfilik Siyasəti şərtləri ilə razılaşmasa, onlayn mağazanın veb saytından istifadəni dayandırmalıdır.

2.4. Bu Məxfilik Siyasəti yalnız fitplus.us saytına aiddir. Sayt istifadəçinin İnternet Mağazanın veb saytında mövcud olan linklərdən və ya keçidlərdən istifadə edərək üçüncü tərəflərin saytlarına nəzarət etmir və məsuliyyət daşımır.

2.5. Saytın administrasiyası İnternet-mağaza saytının İstifadəçisi tərəfindən verilən şəxsi məlumatların düzgünlüyünü yoxlamır.

2.6. Bu Saytın istifadəsi yaşı 18-ə çatmamış şəxslər üçün nəzərdə tutulmamışdır.


3 Təhlükəsizlik və Məxfilik Siyasətinin Predmeti

3.1. Məxfilik Siyasəti Saytın Administrasiyasının İstifadəçi Saytdada qeydiyyatdan keçdikdə və ya malların satın alınması zamanı sifariş verərkən təqdim etdiyi şəxsi məlumatların Sayt tərəfindən yayılmaması və məxfi saxlanılması tələbini təmin edir.

3.2. Bu Təhlükəsizlik və Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları “Qeydiyyat” bölməsində qeydiyyat formasını dolduraraq, təqdim edir və aşağıdakı məlumatları daxil edir:

3.2.1. İstifadəçinin soyadı, adı, atasının adı;

3.2.2. İstifadəçinin əlaqə telefonu;

3.2.3. Email;

3.2.4. Malın çatdırılma ünvanı;

3.2.5. İstifadəçinin yaşadığı ünvan.

3.3. İnternet mağaza reklam birləşmələrini görüntüləmə prosesində və Google statistika scriptinin (“pixel”) yükləyən səhifələrinə daxil olarkən avtomatik olaraq ötürülən məlumatları qoruyur:

IP ünvan;

cookies məlumatları;

brauzer haqqında məlumat (və ya reklam nümayişınə icazə verən digər proqram);

keçid vaxtı;

reklam bloku yerləşən səhifənin ünvanı;

refere (əvvəlki səhifənin ünvanı).

3.3.1. Cookies-lərin söndürülməsi, avtorizasiya tələb edən Saytın bəzi hissələrinə daxil olmaması ilə nəticələnə bilər.

3.3.2. Sayt ziyarətçilərin İP ünvanlarına dair statistika toplayır. Bu məlumat maliyyə ödənişlərinin qanuniliyini yoxlamaq üçün texniki problemləri müəyyən etmək və həll etmək məqsədilə istifadə olunur.

3.4. Yuxarıda göstərilməmiş istənilən digər şəxsi məlumat (satınalma tarixçəsi, istifadə edilən brauzerlər və əməliyyat sistemləri və s.) Məxfilik Siyasətinin 5.2. və 5.3. Maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla etibarlı saxlanılmalı və yayılmamalıdır.


4 İstifadəçinin Şəxsi Məlumatlarının Toplanmasının Məqsədi

4.1. Sayt Administrasiyası İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

4.1.1. Saytda qeydiyyatdan keçmək və (və ya) Saytdan malların distant üsul ilə satın alınması üçün müqavilə bağlamaq məqsədilə İstifadəçinin müəyyən edilməsi, ödəniş məlumatlarının emal edilməsi, göndərişlərin təşkil edilməsi hesab-faktura və (və ya) sifarişin vəziyyəti ilə bağlı məlumatlandırılması daxil olmaqla səhifədə yerləşdirilmiş sifarişlərin yerinə yetirilməsi.

4.1.2. İstifadəçiyə Saytın şəxsi resurslarına daxil olmasını təmin etmək.

4.1.3. İstifadəçi ilə qarşılıqlı əlaqənin qurulması, həmçinin Saytdan istifadə şərtləri və qaydası, xidmətin göstərilməsi, istifadəçinin sorğu və tələbnamələrin işlənməsi.

4.1.4. Təhlükəsizliyi təmin etmək və dələduzluğun qarşısını almaq üçün İstifadəçinin yerləşdiyi məkanın təyin olunması.

4.1.5. İstifadəçinin təqdim etdiyi şəxsi məlumatların düzgünlüyünün və tamlığının təsdiqi.

4.1.6. İstifadəçi bir hesab yaratmaq üçün razılığa gəldiyi təqdirdə alış etmək üçün hesabın yaradılması.

4.1.7. İstifadəçinin razılığı ilə onun bildirdiyi seçimlərə istinadənSaytda təklif edilən xidmət və ya məhsullar haqqında İstifadəçiyə məlumat, elan göndərilməsi və reklam fəaliyyətini həyata keçirmək.

4.1.8. Vergi və ya vergi imtiyazlarını təsdiqləyən ödəmə və ödənişləri qəbul edən, ödəmə mübahisəsi, istifadəçi tərəfindən kredit xəttini almaq hüququnun müəyyən olunması.

4.1.9. Saytdan istifadə zamanı yaranan əngəlliklərlə bağlı İstifadəçiyə səmərəli müştəri və texniki dəstəyin verilməsi.

4.1.10. İstifadəçinin razılığı ilə məhsul yeniləmələri, xüsusi təkliflər, qiymət məlumatları, xəbər bülletenləri və Sayt adından və ya İnternet mağaza tərəfdaşları adından digər məlumatları təqdim etmək.

4.1.11. Məhsul, yenilənmə və xidmətlərdən yararlanmaq üçün Saytın tərəfdaşlarının saytlarına və ya xidmətlərinə İstifadəçinin daxil olmasını təmin etmək.


5 Şəxsi Məlumatların İşlənilməsinin Üsul və Müddətləri

5.1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsul ilə, həmçinin avtomatlaşdırma və avtomatlaşdırma olmadan şəxsi məlumatların informasiya sistemində həyata keçirilir.

5.2. İstifadəçi məlumatı Saytın Administrasiyası tərəfindən üçüncü şəxslərə (çatdırılma xidmətinə, poçt təşkilatlarına, elektrik əlaqə operatorlarına) Saytda qanuniləşdirilmiş sifarişi yerinə yetirmək üçün ötürülməsinə razılıq verir. Şəxsi Məlumatlar doğruluğunu təsdiqləmək üçün bu məlumatların əldə etməyə səlahiyyəti çatan və ya xüsusi icazəsi (“lisenziya”) olan üçüncü şəxşlərə göndərilə bilər.

İstifadəçilərin Saytdan necə istifadə etdiyini analiz etmək üçün Google Analytics-dən istifadə olunur. Google tərəfindən Şəxsi Məlumatların necə istifadə olunması barədə https://www.google.com/intl/en/policies/privacy/ səhifəsində ətraflı məlumat əldə etmək, həmçinin, https://tools.google.com/dlpage/gaoptout səhifəsində Google Analytics-i məhdudlaşdırmaq olar.

5.3. İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim edilə bilər.

5.4. Şəxsi məlumatların itirildiyi və ya yayıldığı halda Saytın Administrasiyası İstifadəçini məlumatlandırır.

5.5. Sayt Administrasiyası İstifadəçinin şəxsi məlumatının məxfiliyinin saxlanılması, qeyri-qanuni və ya təsadüfi ələ keçmə, ləğv olunması, dəyişdirilməsi, bloklaşması, surətinin çıxarılması, yayılması və s. üçüncü şəxslərin qeyri qanuni hərəkətlərin qarşısını almaq üçün lazımi təşkilati və texniki tədbirləri həyata keçirir.

5.6. Sayt Administrasiyası İstifadəçi ilə birlikdə İstifadəçinin məxfi məlumatlarının itirilməsi və ya yayılması ilə bağlı ziyanın ödənilməsini və ya mənfi nəticələrin qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirir.

5.7. Şəxsi Məlumatlar İstifadəçinin marağına səbəb olacağına inanılan hədəfyönlü elan və marketing kommunikasiyaları ilə təmin etmək üçün istifadə edilə bilər. Hədəfyönlü elanların necə işlədiyi barədə ətraflı məlumatı Network Advertising Initiative-in http://www.networkadvertising.org/ understanding-online-advertising/how-does-it-work səhifəsində yerləşdirilmiş tədris səhifəsindən məlumat əldə etmək:

Facebook: https://www.facebook.com/settings/?tab=ads

Google:https://www.google.com/settings/ads/anonymous

Bing:https://advertise.bingads.microsoft.com/en-us/resources/policies/ personalized-ads

həmçinin, bu xidmətlərdən Digital Advertising Alliance-ın http://optout.aboutads.info/ portalına daxil olmaqla da imtina edə bilər.

5.8. İstifadəçinin brauzerindən Do Not Track (İzləmə!) siqnalı alınanda, bu Saytın məlumat əldə etmə və istifadə etmə əməliyatı dəyişdirilmir.

5.9. Şəxsi Məlumatlar qüvvədə olan qanun və reqlamentlərə tabe olmaq, məhkəmə çağırışına, daxil olan sorğularda axtarış əmri və digər qanuni tələblərin olub-olmamasına cavab vermək, bütün hallarda isə öz hüquqlarımızı qorumaq üçün istifadə edilə bilər.


6 Tərəflərin Öhtəlikləri

6.1. İstifadəçinin borcludur:

6.1.1. Saytdan istifadə etmək üçün tələb olunan məlumatı təqdim etmək.

6.1.2. Məlumat dəyişdikdə təqdim olunmuş məlumatı yeniləmək, tamamlamaq.

6.2. Sayt Administrasiyası borcludur:

6.2.1. Əldə olunan məlumatı bu Məxfilik Siyasətinin 4-cü bəndində göstərilən məqsədlər üçün istifadə etmək.

6.2.2. Verilən məxfi məlumatın qorunub saxlanılmasını, İstifadəçinin yazılı razılığı olmadan yayılmamasını təmin etmək, həmçinin bu Məxfilik siyasətinin 5.2. və 5.3. bəndləri istisna olmaqla, İstifadəçinin şəxsi məlumatlarını satmamaq, dəyişməmək, dərc etməmək və ya digər üsullarla yayılmasının qarşısını almaq.

6.2.3. İstifadəçinin şəxsi məlumatlarının gizli saxlanılması üçün mövcud tədbirlər zamanı bu cür məlumatların mühafizəsi üçün istifadə edilən qaydaya uyğun tədbirlərin həyata keçirilməsi.

6.2.4. İstifadəçinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya fərdi məlumatların subyektlərinin hüquqlarının müdafiəsi üzrə səlahiyyətli orqanlarının və ya yoxlama dövründə müraciət olunduğu vaxtdan müvafiq İstifadəçiyə aid şəxsi məlumatların bloklanmasını həyata keçirmək.


7 Tərəflərin Məsuliyyəti

7.1. İstifadəçinin təqdim etdiyi məlumatları qeyri-qanuni istifadəsi nəticəsində İstifadəçinin çəkdiyi zərəri ödəməyən, öhdəliklərini yerinə yetirməyən Sayt Administrasiyası bu Məxfilik Siyasətinin 5.2., 5.3. və 7.2. bəndlərində nəzərdə tutulanlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

7.2. Məxfi məlumatın itirilməsi və ya yayılması zamanı Administrasiya aşağıdakı hallarda məsuliyyət daşımır:

7.2.1. Onun itirilməsi və ya yayılmasından əvvəl ictimaiyyətə bəlli olub.

7.2.2. Üçüncü tərəf məlumatı saytın Administrasiyasından əvvəl əldə etməyib.

7.2.3. İstifadəçinin razılığı ilə yayılıb.


8 Mübahisələrin Həlli

8.1. Bu Sayt və İstifadəçiləri arasında yaranan mübahisələrə dair iddia ərizəsini verməzdən əvvəl iddianın irəli sürülməsi (mübahisənin könüllü şəkildə həll edilməsi haqqında təklif) mütləqdir.

8.2. İddianı alan iddia ərizəsi alındıqdan sonra 30 təqvim günü ərzində iddiaçının iddia ərizəsinin nəticələri haqqında yazılı şəkildə məlumatlandırır.

8.3. Razılıq əldə edilmədikdə, mübahisə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, məhkəmə orqanına təqdim olunur.

8.4. Bu Məxfilik Siyasəti, İstifadəçi və Sayt Administrasiyası arasındakı münasibətlərə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq edilir.


9 Əlavə Şərtlər

9.1. Bu Saytın Administrasiyası Saytın fəaliyyəti üçün hüquqi və ya tənzimləyici yeniliklər və ya digər əməliyyatları əks etdirmək məqsədilə bu Məxfilik Siyasətində İstifadəçinin icazəsi olmadan mövcud qanunvericilik çərçivəsində vaxtaşırı dəyişikliklər edə bilər.

9.2. Yeni Məxfilik siyasəti bu siyasət tərəfindən qeyri şərtlər nəzərdə tutulmadığı halda İnternet mağazanın saytında yerləşdirildikdən sonra qüvvəyə minir.

9.3. Bu Məxfilik siyasəti ilə bağlı istənilən sual və təkliflərin elektron ünvana göndərilməsi məqsədəuyğundur

9.4. Qüvvədə olan Məxfilik Siyasəti www.FitPlus.US səhifəsində yerləşdirilir.