Refund Policy

Refund Policy

Geri İadə Şərtləri


İcmal

Hazırkı məhsulun qaytarılması və vəsaitin geri ödənilməsi, məhsulun dəyişdirilməsi qaydalarını özündə birləşdirən Geri İadə Şərtləri (bundan sonra Şərtlər) İstifadəçi tərəfindən www.fitplus.us website-da (bundan sonra Sayt) sifariş verilmiş, satın alınmış məhsulun (bundan sonra “Məhsul”) qaytarılmasını və ya dəyişdirilməsini və həmçinin, məhsulun əvəzində ödənilmiş məbləğin geri ödənilməsinin şərtlərini (qaydalarını) və müddətini müəyyən edir.


1 Terminlərin Müəyyən Edilməsi

1.1. «Sayt» – bu Şərtlərdə www.fitplus.us veb Saytı (e-commerce, online market) nəzərdə turulur.

1.2. «İnternet-mağaza Saytının istifadəçisi (bundan sonra – İstifadəçi) »– İnternet vasitəsilə Sayta giriş əldə edən və İnternet mağazanın saytından istifadə edən və dəyəri ödənilməklə xidmət və məhsul satın alan şəxs.

1.3. «İnternet mağaza saytının administratorları (bundan sonra – Sayt Administrasiyası)» – www.fitplus.us adından fəaliyyət göstərən, şəxsi məlumatların əldə olunmasını təşkil edən və ya həyata keçirən, şəxsi məlumatların işlənməsinin məqsədini, işlənməli şəxsi məlumatların tərkibini, şəxsi məlumatlarla həyata keçirilən hərəkətləri (əməliyyatları) təyin edən saytın idarə edilməsi üzrə səlahiyyətli heyət.

1.4. «Məhsul» - Hazırki Siyasətdə İstifadəçilər tərəfindən www.fitplus.us veb Saytınndə dəyəri ödənilməklə satın alınmış hər növ xidmət və məhsul başa düşülür.

1.5. «Satıcı» - Bu Siyasətdə başqa hallar nəzərdə tutulmamışdırsa, www.fitplus.us veb Saytı nəzərdə turulur.

1.6. «Müştəri» - İnternet vasitəsilə bu Sayta giriş əldə edən və İnternet mağazanın saytından istifadə edən və dəyəri ödənilməklə xidmət və məhsul satın alan şəxs.

1.7. «Geri Ödəmə» - Bu Şərtlər ilə müəyyən edilən və Məhsulun geri qaytarılması zamanı onun dəyərinin Satıcı tərəfindən Müştəriyə geri ödənilməsi prosesini və qaydalarını müəyyən edir.

1.8. «Geri Ödəmə» - Bu Şərtlər ilə müəyyən edilən və Məhsulun geri qaytarılması prosesini və qaydalarını müəyyən edir.

1.9. «Mübadilə» - Bu Şərtlər ilə müəyyən edilən və Məhsulun analoji və ya analoji olmayan digər məhsul ilə dəyişdirilməsinin prosesini və qaydalarını müəyyən edir.

2.0. «Şərtlər» - Bu Şərtlərin məzmununda ayrı-ayrı ifadə olunduqda Ödənilmiş məbləğin geri qaytarılması şərtləri; Satın alınmış məhsulun geri qaytarılması şərtləri və ya dəyişdirilməsi şərtlərinin hər birini nəzərə almaqla, məcmu halda bu Şərtlərin hamısı nəzərdə tutulur.


2 Ümumi Müddəalar

2.1. Hazırkı Şərtlər ödənilmiş məbləğlərin geri ödənilməsi, satın alınmış məhsulun geri qaytarılması və ya dəyişdirilməsi müddəti İstifadəçi tərəfindən məhsul sifariş verildiyi tarixdən (həmin tarix də daxil olmaqla ) 30 təqvim günü müəyyən edir.

2.2. Bu Şərtlərdə müəyyən edilmiş müddət buraxılarsa, Məhsulun geri qaytarılması, dəyişdirilməsi, ödənilmiş məbləğin geri ödənilməsi tələb edilə bilməz.

2.3. Məhsulun geri qaytarılma və ya dəyişdirilməyə qəbul edilməsi üçün, həmin məhsul siz onu qəbul etdiyiniz vaxt olduğu vəziyyətində olmalı və o istifadə (“istehlak”) olunmamış olmalıdır. Həmçinin, Məhsul özünün orijinal qablaşdırılmasında olmalıdır.

2.4. Bu Şərtlərdə müəyyən edilmiş müddətdən asılı olmayaraq qida, çiçək kimi tez xarab olan; qəzet və ya jurnal kimi vaxtı tez keçən; santexnika məhsullarının, təhlükəli (o cümlədən, yanan maye və ya qazlar) məhsulların; həmçinin, hədiyyə kartlarının, yüklənəbilən proqram təminatı məhsullarının, bəzi səhiyyə, şəxsi qulluq və gigiyena məhsullarının geri qaytarılmasının təmin edilməsi qeyri-mümkündür.

2.5. Bütün hallarda, Məhsulun geri qaytarılmasının, dəyişdirilməsinin və geri ödəmənin yerinə yetirilməsi üçün həmin Məhsul satın alındığı zaman təqdim edilmiş hesab-faktura, qəbz (CHB və s.) də tələb olunur.

2.6. Məhsulun geri istehsalçıya göndərilməsi məqsədəuyğun deyil.

2.7. Müəyyən olunmuş hallarda, əgər qanunamüvafiqdirsə, geri ödəmə qismən təmin edilə bilər:

2.7.1. İstifadə olunması barədə aşkar əlamətləri olan kitab;

2.7.2. Qablaşdırılması açılmış CD, DVD, VHS kaseti, proqram təminatı, video oyunlar, audio kasetlər, vinil plastinkalar;

2.7.3. Malıgöndərənin (“satıcı”) səbəb olmadığı və öz original vəziyyətində olmayan, zərər yetirilmiş, hər hansı hissəsi yerində olmayan hər hansı Məhsul;

2.7. 4. Sifariş verildiyi tarix və vaxtdan 30 təqvim günündən artıq müddət keçmiş hər hansı Məhsul.


3 Geri Qaytarma (Return)

3.1. Bu Siyasətdə müəyən edilmiş şərtlər nəzərə alınaraq Geri Qaytarma prosesinə baxıla bilər.

3.2. Əgər məhsul sizə kuryer vasitəsilə çatdırılıbsa, o zaman geri qaytarılan Məhsul malgöndərən tərəfindən təyin edilmiş kuryer xidmətinə təhvil verilir.

3.3. Əgər məhsul sizə poçt vasitəsi ilə çatdırılıbsa, Məhsul ilə birlikdə sizə tədim edilmiş faktura (qəbz) üzərində qeyd edilmiş ünvan məlumatları üzrə poçt xidməti ilə geri göndərə bilərsiniz. 7.3. Məhsulun geri qaytarılması zamanı siz yalnız özünüzün göndərmə xərclərinizə görə məsuliyyət daşıyırsınız.

3.4. Göndərmə xərcləri geri ödənilmir. Əgər geri ödəmə Satıcı tərəfindən təsdiqlənərsə, geri qaytarma xərcləri geri ödənilmiş məbləğdən çıxılacaq məhsulun dəyərindən çıxarılır.

3.5. Əgər dəyəri 75 ABŞ dollarından artıq olan Məhsul geri göndərilirsə, Məhsulun Satıcıya çatdırılmasına təminat verilməsi üçün göndərişin izlənilməsi xidmətini təklif edən göndərmə xidmətindən istifadə edilməli və ya göndəriş sığortalanmalıdır

3.6. Hədiyyələrin geri qaytarılması prosesi:

3.6.1. Məhsul satın alnarkən hədiyyə olaraq qeyd edilibsə və birbaşa sizə göndərilibsə, siz geri qaytardığınız məhsul dəyərində hədiyyə kredit əldə edəcəksiniz. Geri qaytarılmış Məhsul malgöndərən tərəfindən qəbul edildikdən sonra sizə hədiyyə sertifikatı göndəriləcək.

3.6.2. Məhsul satın alnarkən hədiyyə olaraq qeyd edilməyibsə və ya hədiyyəni sifariş verib, dəyərini ödəyən həmin Məhsulu sizə daha sonra təqdim etmək üçün öz ünvanına göndərtdirib, o zaman geri ödəmə hədiyyəni sifariş verib, dəyərini ödəyənə göndərilir və o geri qaytarmanı həyata keçirir.


4 Geri Ödəmə (Refund)

4.1. Əgər Şərtlərə zidd deyilsə, İstifadəçi tərəfindən geri qaytarılmış Məhsul Satıcı tərəfindən qəbul edildikdən və təftiş edildikdən sonra və 1 iş günündən gec olmayaraq, Məhsulun satıcı tərəfindən qəbul edilməsi barədə İstifadəçinin email ünvanına bildiriş göndərilir, həmçinin geri ödəmənin təsdiq və ya təkzib edilməsi bildirilir.

4.2. Əgər geri ödəmə satıcı tərəfindən təsdiq edilərsə, geri ödəmənin emal edilməsinə başlanılır və 5 iş günü ərzində İstifadəçinin ödəmə kartına vəsaitin geri ödənilməsi üçün icra sənədi tərtib edilir, və bu barədə Müştərinin email ünvanına bildiriş göndərilir.

4.3. Geri ödəmənin gecikməsi, tam və ya qismən itməsi faktı ilə qarşılaşıqda Alıcı ilk olaraq, bank hesabını yoxlamalı, sonra bankla (kredit təşkilatı ilə) əlaqə qurmalıdır. Nəzərə alınmalıdır ki, bəzən, geri ödəmənin Müştərinin bank hesabına və kart hesabına rəsmi olaraq göndərilməsi bir neçə gün çəkə bilər. Daha sonra, bank hesabının yerləşdiyi bank ilə əlaqə qurulmalıdır. Nəzərə alınmalıdır ki, geri ödəmənin bir bankdan digərinə göndərilməsin emal edilməsi bir neçə gün çəkə bilər.

4.4. Əgər yuxarıda qeyd olunanların hamısını yerinə yetirilmiş və hələ də Müştəri geri ödənilmiş məbləği əldə edə bilməmişdirsə, Satıcı ilə dərhal əlaqə qurulması tövsiyyə olunur.

4.5. Yalnız müntəzəm qiymətə malik Məhsulların dəyərinin geri ödənilməsi mümkündür. Endirimli Məhsulların geri qaytarılması təmin edilmir.


5 Mübadilə

5.1. Yalnız malgöndərənin səbəb olduğu qüsurlu və ya zədələnmiş məhsulların dəyişdirilməsi mümkündür.

5.2. Məhsulu dəyişdirmək üçün Sayta qeyd olunan əlaqə vasitələrindən istifadə etməklə Satıcı ilə əlaqə qurulmalıdır. Emaildə qeyd edilən məlumatlar təsdiqləndikdən sonra məhsulu geri qaytarmaq üçün göndərilir.

5.3. Alıcının yaşayış ünvanından asılı olaraq, mübadilə edilən Məhsulun geri çatdırlması müddəti dəyişə bilər.


6 Mübahisələrin Həlli

6.1. Bu Sayt və bu Saytın İstifadəçiləri arasında yaranan mübahisələrə dair iddia ərizəsini verməzdən əvvəl iddianın irəli sürülməsi (mübahisənin könüllü şəkildə həll edilməsi haqqında təklif) mütləqdir.

6.2. İddianı alan iddia ərizəsi alındıqdan sonra 30 təqvim günü ərzində iddiaçının iddia ərizəsinin nəticələri haqqında yazılı şəkildə məlumatlandırır.

6.3. Razılıq əldə edilmədikdə, mübahisə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, məhkəmə orqanına təqdim olunur.

6.4. Bu Şərtlər və İstifadəçi və Sayt Administrasiyası arasındakı münasibətlərə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq edilir.