GÖNDƏRMƏ VƏ ÇATDIRMA ŞƏRTLƏRİ

Ana Səhifə / Şərtlər / Göndərmə və Çatdırma Şərtləri

İcmal

Bu göndərmə və çatdırma şərtləri (bundan sonra Şərtlər) www.fitplus.us domain-də yerləşdirilmiş İnternet mağaza (bundan sonra Sayt (online market, e-commerce) vasitəsilə verilmiş və təsdiqlənmiş sifarişlərin alıcılara göndərilməsi və çatdırılması haqqında şərtləri və qaydaları müəyyən edir və yalnız bu Sayt vasitəsilə verilmiş sifarişləri əhatə edir.

Terminlərin Müəyyən Edilməsi

  • «Sayt» – bu Şərtlərdə www.fitplus.us veb saytı (e-commerce, online market) nəzərdə turulur.

  • «İnternet Mağazanın istifadəçisi (bundan sonra – İstifadəçi) »– İnternet vasitəsilə Sayta giriş əldə edən və İnternet mağazadan istifadə edən və dəyəri ödənilməklə xidmət və məhsul satın alan şəxs, alıcı, sifarişçi, müştəri nəzərdə tutulur.

  • «Məhsul» - Hazırki Siyasətdə İstifadəçilər tərəfindən Saytda dəyəri ödənilməklə satın alınmış hər növ xidmət və məhsul başa düşülür.

  • «Satıcı» - Bu Siyasətdə başqa hallar nəzərdə tutulmamışdırsa, Sayt nəzərdə turulur.

  • «Daşıma Şirkəti» - Alıcı tərəfindən sifariş verilmiş məhsulu intehsalçının və ya satıcının anbarından təhvil alan və bu bağlamanın alıcıya daşınması və çatdırılması xidmətini göstərən, bu xidmətin qarşılığında ödəniş alan üçüncü tərəf.

  • «Bağlama» - Bu şərtlər daxilində alıcı tərəfindən sifariş verilmiş məhsul satıcı tərəfindən təsdiqləndikdə və göndərişə (daşınma üçün qablaşdırılma) hazır olduqda, belə halda məhsul daşıma müddəti ərzində bağlama və ya göndəriş adlana bilər

  • «Qutu» - Məhsulun daşıma müddəti ərzində hər hansı zədədən qorunmasını nəzərdə tutun xüsusi qablar.


Göndərmə Müddətləri və Qiymətləri

Bu Saytda 3 fərqli göndərmə xidməti təklif edilir:

  • Standart göndərmə: Daxili çatdırılmalar zamanı 5-7 təqvim günü, beynəlxalq çatdırılmalar zamanı 12-20 təqvim günü ərzində çatdırılmanı nəzərdə tutur.

  • Ekspres göndərmə: Daxili çatdırmalar zamanı 2 təqvim günü, beynəlxalq çatdırmalar zamanı 3-5 təqvim günü ərzində çatdırılmanı nəzərdə tutur.

  • Poçt məntəqəsində təhvil: Sifarişdə qeyd olunan göndərmə ünvanındakı Poçt məntəqəsindən əldə olunur.

Ümumi Şərtlər

  • Bu Sayt vasitəsilə sifariş verilən zaman bu sifarişin göndərilməsinə hazırlanması və alıcıya çatdırılması da daxil göndərmə ilə bağlı bütün yeniliklər sifarişçinin bu Saytda qeydiyyata alınan email ünvanına göndərilir.

  • Bu Sayt vasitəsilə sifariş verilən zaman bu sifarişin göndərilməsinə hazırlanması və alıcıya çatdırılması da daxil göndərmə ilə bağlı bütün yeniliklər sifarişçinin bu Saytda qeydiyyata alınan email ünvanına göndərilir.

  • Təklif edilən göndərmə xidmətlərində nəzərdə tutulan müddət sifarişin göndərildiyi tarixdən etibarən hesablanır.

  • Müəyyən göndərmə xidmətindən asılı olaraq, göndərmə müddəti və qiyməti tətbiq edilir və bütün mümkün göndərmə xidmətləri ödəmə keçidində alıcıya təqdim olunur.

  • Sifarişçi seçdiyi məhsulu səbətinə əlavə edib, Poçt /ZIP kodunu daxil edən zaman təxmin olunan göndərmə müddətləri və qiymətləri ona təqdim edilir.

Ödənişsiz Çatdırma

Bu Sayt tərəfindən hər hansı xüsusi günlər üçün müəyyən edilmiş müddət ərzində məhsulların daxili və ya beynəlxalq göndərilməsinin ödənişsiz həyata keçirilməsi nəzərdə tutulur.

Dəymiş Zərərir Əvəzinin Ödənilməsi

  • Sizin sifarişləriniz sizə tüm və vaxtında çatdırılması üçün bu Sayt öz səlahiyyətləri daxilində öhdəliklərinin icrasını tam təmin edir.

  • Bağlamalarınızın vəziyyəti ilə ətraflı məlumat üçün Daşıma Şirkəti ilə əlaqə saxlamğınız tövsiyyə olunur. Seçilən göndərmə metodu daxilində çatdırılmanın prioriteti daşıma şirkəti tərəfindən müəyyən edilir.

  • Məhsulun Daşıma Şirkəti tərəfindən zədələndiyi aşkar görünürsə, bu paketi qəbul etməkdən dərhal imtina edilə və kuyerə geri qaytarıla bilər.

  • Bağlama Daşıma Şirkəti tərəfindən sizin ünvanınıza çatdırılmışdırsa və ya bu bağlamanı sizin əvəzinizə başqa birisi imzalayıb, qəbul etmişdirsə və qəbul edilmiş bağlamanın sonradan zədələnmiş olduğu aşkar edilərsə, bu bağlamanın qabul edildiyi tarixdən etibarən 3 gün güzəşt müddəti verilir.

  • Qəbul edilmiş bağlama zədələnmiş görünürsə və ya zədələndiyindən şübhə olunursa, qutunun içindəki məhsulun pozulub-pozulmadığından əmin olmaq üçün kuryeri gözlətmək və qutunu açmaq tövsiyyə olunur. Məhsulun zədələnməsinə kimin səbəb olduğunu dəqiqləşdirmək üçün Daşıma Şirkətinin nümayəndəsindən nəzarət nömrəsi əldə edin və bu Sayta yerləşdirilmiş əlaqə vasitələri ilə bizimlə əlaqə saxlayın.

  • Məhsulun zədələnməsinə, qüsurlu və ya zay olmasına, birbaşa istehsalçının səbəb olduğu açıq-aşkar görünürsə, dərhal satıcı ilə əlaqə saxlanılmalıdır. Hər bir halda iddianız üçün Daşıma Şirkətindən zədəli balamaların yoxlama nömrəsi əldə edilməlidir.

  • Alıcı tərəfindən izləmə nömrələri yoxlanılmalıdır. Bütün bağlamaların qəbul edildiyindən və kiçik əşyaların qablaşdırma qutularının yoxlanmalıdır. Hər hansı məhsul və ya məhsulların itirildiyi düşünülürsə, bu İnternet mağazanın müştəri xidmətləri ilə əlaqə saxlanıla bilər.

  • Sifariş verilən məhsulların sayı artdıqca, yükləmə, çəki və ölçü, təhlükəsizlik və sığorta xərclərindən asılı olaraq vaxt səbətdəki məhsulların göndərmə qiyməti azala bilər. Sifariş verilmiş bütün məhsullar səbətə əlavə edilərkən, göndərmə xidməti və göndərmə ünvanını seçilir, bu zaman göndərmə qiymətləri müəyyən olunur. Əgər endirim tətbiq olunarsa, qiymətlərin azaldığı görünür.

  • Bu sayt tərəfindən təqdim olunan əhəmiyyətli göndərmə endirimləri səbəbindən, çox sayda məhsul alınmadığı təqdirdə bəzi məhsulları göndərmə qiymətləri ümumi olaraq əlavə olunur.

  • Göndərmə qiymətləri həmişə Saytda yerləşdirilir.

Beynəlxalq Sifarişlər

  • Bu Sayt tərəfindən hər hansı xüsusi günlər üçün müəyyən edilmiş müddət ərzində məhsulların ödənişsiz göndərilməsi nəzərdə tutulmamışdırsa, ümumi olaraq beynəlxalq göndərişlər üçün ödənişsiz göndərmə və geri iadə mövcud deyil.

  • Bəzi ölkələrə göndərilən sifarişlər əlavə yoxlanmaya məruz qala bilər.

  • Bağlama geciksə, alıcıya bu barədə email göndərilir.

  • Sifarişin alıcı tərəfindən qəbul edilməzsə, dəqiq və ya düzgün olmayan ünvan məlumatlarına görə çatdırılması mümkün olmazsa və satıcıya geri qaytarılarsa, bu Sayt bağlamanın göndərilməsi və bununla bağlı xidmət haqqını, həmçinin məhsulun geri qaytarılması üçün çəkilən xərcləri müştəridən tutmaq hüququna malikdir.

  • Göndərmə haqları çəki, dəyər (sığorta məqsədləri üçün) və təyinat yerlərinin ümumiləşdirilmiş bazası əsasında hesablanır.

  • Bəzən sifarişlər satıcı tərəfindən bir neçə qablaşdırmada göndərilə bilər. Belə hallarda sizin göndərişlər əlavə ödənişlərə məruz qalmır.

ABŞ daxili Göndərmə Bildirişləri

  • Sifarişinizi bi və ya 2 təqvim günün ərzində əldə etmək üçün siz sifarişinizi Bazar ertəsi - Cümə günləri saat 11:00-a qədər bu Saytda yerləşdirilməlidir.

  • Bu Sayt tərəfindən Şənbə və bazar günləri, milli və federal bayram günlərində heç bir çatdırılma nəzərdə tutulmur.

  • Bu sayt ABŞ-dakı ünvanlara milli və federal tətillər istisna olmaqla, Bazar ertəsindən Cümə gününə qədər göndərir. Təəsssüf ki, poçt qutularına və hərbi ünvanlarına göndərmir.

  • Xahiş edirik unutmayın: Bütün sifarişlər doğrulama şöbəmiz tərəfindən təsdiqlənməlidir. Sifarişlər təxirə salınsa, Sayt tərəfindən bu barədə telefon və ya email vasitəsilə alıcıya məlumat verilir.